KOBİA “Caspian Ecology 2019” sərgisində iştirak edəcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) noyabrın 13-də açılacaq X Beynəlxalq Ətraf Mühit Sərgisində ("Caspian Ecology 2019") kiçik və orta sahibkarlara dəstək məqsədilə öz stendi ilə iştirak edəcək.
 
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, stenddə ekologiya sahəsində fəaliyyət göstərən bir sıra KOB subyektləri öz məhsul və xidmətlərini nümayiş etdirəcəklər.