Sabahdan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Noyabrın 9-da səhər saatlarından "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.
 
Bakı NəqliyyatAgentliyindən azvision.az -a verilən məlumata görə, ətraf kənd və qəsəbələr eləcə də, digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.