QHT 3 saylı uşaq evinə səfər təşkil edib

qhtxeber.az  Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi və Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Ədliyyə İşçilərinin peşə bayramı ərəfəsində Uşaq Hüquqları Konvensiyasının 30 illiyi münasibətilə Bakı şəhərinin Xətai rayonunda yerləşən 3 saylı uşaq evinə səfər təşkil edib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, tədbirdə internat evinin balaca sakinlərinə görüşün mahiyyəti haqqında məlumat verilib. Uşaq evinin rəhbərliyi tərəfindən müəssisədə yaşayan uşaqların təlim-tərbiyəsi, gələcək inkişafı barədə söhbət açılıb. 
 
Sonra balaca sakinlər müxtəlif mədəni və incəsənət sahəsi üzrə bacarıqlarını nümayiş etdiriblər. Qızlardan ibarət müsiqi kollektivinin çıxışı, ifa edilən şeirlər, rəqslər dəvət edilmiş qonaqlar tərəfindən alqışlarla qarşılanıb. 
 
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim edilib.