Şura “Nəsiminin 650 illik yubleyi ilə əlaqədar əlilliyi olan gənclər arasında tədbirlərin təşkili”ni dəstəkləyir

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım” İctimai Birliyi “Nəsiminin 650 illik yubleyi ilə əlaqədar əlilliyi olan gənclər arasında tədbirlərin təşkili” layihəsini icra edir.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihə əlilliyi olan gənclərə Azərbaycan ədəbiyyatının görkəmli şairi barədə ətraflı məlumat vermək, onların informasiya balansını artırıb maarifləndirmək, istedadlı əlillərin iştirakı ilə Nəsimi ilinə həsr olunmuş tamaşa və şeir müsabiqəsi təşkil etmək kimi məqsədlər hədəfləyir. 
 
İctimai Birlik “Nəsiminin 650 illik yubleyi ilə əlaqədar əlilliyi olan gənclər arasında tədbirlərin təşkili” layihəsi çərçivəsində Sabunçu Gənclər Evində tədbir keçirib. 
 
Tədbirdə fiziki məhdudiyyətli gənclər Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığı əsasında hazırlanmış tamaşalar təqdim edib, şeirlər səsləndirdilər. Bədii proqram iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb. 
 
Birliyin sədri Mətanət Quliyeva çıxışında tədbirin önəmindən danışıb, Dövlət başçısı Cənab İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsini Azərbaycan tarixinə, ədəbiyyatına olan qayğı və diqqət kimi dəyərləndirib. 
 
Sonra Nəsiminin yaradıcılığı geniş müzakirə olunub, ona həsr olunmuş slaydlar nümayiş etdirilib.