Şuranın dəstəklədiyi layihə yekunlaşıb

qhtxeber.az  “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region gəncləri arasında hərbi vətənpərvərlik hissinin gücləndirilməsinə dair təşəbbüslər”layihəsinin yekun tədbirini keçirib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, 50 nəfərin iştirak etdiyi tədbir Ağdam rayonunun Bənövşələr qəsəbəsində baş tutub. Mərasimdə təşkilatın sədri T. Quliyev, layihə rəhbəri G. Cəfərova, ekspert Aliyə İmanova, məktəbin müəllim və şagirdləri iştirak ediblər. 
 
Çıxışlarda “Region gəncləri arasında hərbi vətənpərvərlik hissinin gücləndirilməsinə dair təşəbbüslər” layihəsinin əhəmiyyəti diqqətə çatdırılıb, gənclərin hərbi vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılmasının önəmi vurğulanıb.