Nazirlik işə qəbul elan edib - 151 vakant yer üzrə

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 151 vakant yer üzrə işə qəbul elan edilib. 
 
qhtxeber.az nazirliyin saytına istinadən xəbər verir ki, elana əsasən, nazirlik tərəfindən 47 baytar həkimi, 33 aqronom, 23 aqrokimyaçı,16 aqrotexnik, 12 baytar feldşeri, 5 laborant, 11 sürücü, 4 traktorçu vakant yerlər üzrə işə qəbul ediləcəklər. 
 
Bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə (əlaqə telefonu elanda yerləşdirilib) müraciət edə bilərlər. 
 
Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir.