Novella Cəfəroğlu: QHT-lər onları bu yoldan çəkindirməlidilər

“Bununla yanaşı, QHT-lər də insanların içində olub, onların intihar etməsinin səbəblərini araşdırıb, onları bu yoldan çəkindirməyə çalışmalıdır”
 
 Bunu moderator.az-a açıqlamasında hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu intihar hadisələri haqda danışarkən deyib. N.Cəfəroğlu bu işdə dövlət qurumlarının səfərbər olmasının vacibliyini vurğulayıb:
 
“Bu istiqamətdə televiziyalarımız maarifləndirici verilişlər hazırlamalıdır. Ən yaxşı təbiğat vasitəsi televiziyalarımızdır. Televiziyalarımda həkimlərimiz, psixoloqlarımız insanlarımızla danışamldır. Bununla yanaşı, QHT-lər də insanların içində olub, onların intihar etməsinin səbəblərini araşdırıb, onları bu yoldan çəkindirməyə çalışmalıdır. Telekanallarımız bu şou verilişlərini kənara qoyub, ciddi verilişlər hazırlamalıdır. Əgər bunlar həyata keçirilərsə, müsbət nəticələr əldə etmək olar. İnsanların şüurunu bayağı şeylərə deyil, ciddi məsələlərə yönəltmək lazımdır ki, onlar sabahlarının yaxşı olacağını bilsinlər. Bələdiyyələrimizi, məktəblərdə müəllimlərimizi də bu istiqamətdə yönləndirmək lazımdır. İnsanların psixoloji problemi və narkomaniyaya meyl etməsi onların intihar etməsinə səbəb olur".