Ekologiya, sağlamlıq, səhiyyə istiqamətləri üzrə fəaliyyət göstərən QHT-lərin bəyanatı

2003-cü ilin 15 oktyabrından ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev ötən müddətdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirmiş, respublikamız iqtisadi sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə qədəm qoymuşdur.
 
Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti sayəsində regionda dünya əhəmiyyətli layihələr həyata keçirilərək, Azərbaycan sərmayə yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilmişdir. 
 
Yaranan iqtisadi potensialın güclənməsi, infrastruktur və investisiya layihələrinin müxtəlif sahələri əhatə etməsi,   əhalinin müxtəlif təbəqələri arasında fərqlərin azaldılması,  qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfələrin reallaşması 16 ildə  görülən işlər, əldə olunan uğurlu  nəticələr Azərbaycanın dünyaya özünün inkişaf modelini təqdim etməsinə əsas vermişdir.  Qeyri-neft sənayesinin sürətlə artması, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması bölgələrin inkişafını daha da sürətləndirmişdir. Bütün istiqamətlərdə aparılan uğurlu siyasət və islahatlar səhiyyə və ekologiya sahəsinin də inkişafında böyük töhvələr vermişdir.
 
Ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil etmişdir. Təbii ki, bu da dövlətimizin  vətəndaş amilinə verdyi dəyərdən irəli gəlir. İnsanların sağlam, əmin-amanlıq şəraitində yaşaması dövlətin siyasətində əsas yer tutur.  Səhiyyə ilə bağlı mühüm  dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin  olunması bu istiqamətdə həyata keçirilən siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avalanlıqlarla təchiz edilməsi, vətəndaşların  pulsuz dərman preparatları ilə təmin olunması, müalicəsi, uşaqların bütün növ xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil etmişdir.
 
Cənab İlham Əliyevin qətiyyətli, məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi istiqamətində də əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.   
 
Ölkəmizin zəngin flora və faunasının qorunması, Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində uğurlu addımlar atılmışdır. Təsadüfi deyil ki, Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
 
Azərbaycanın yüksək inkişafı, qüdrətlənməsi, güclü ordunun yaradılması və ən əsası regionda güclü dövlətə çevrilməsi xarici və daxili düşmənlərimizi narahat etməyə başlamışdır. Son zamanlar xarici havadarlarının təkidi ilə ölkəmizin daxilində stabilliyi pozmağa can atan Milli Şura adlı qurumun rəhbərləri qanunsuz aksiyalar keçirməyə cəhd göstərməyə çalışaraq vətəndaş qarşıdurması yaratmağa çalışırlar. Sosial şəbəkələr vasitəsilə qanunsuz aksiyalara çağrıçlar edərək Bakının mərkəzində xaos yaratmağa çalışırlar. 
 
Nəzərinizə çatdıraq ki, paytaxtda keçirilən aksiyalar əvvələcədən Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmalıdır. Bu qanunla da təsbit olunub. Belə ki, “Sərbəst Toplaşmaq Azadlığı haqqında” qanuna uyğun olaraq aksiya keçirmək istəyən şəxslər Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək aksiyanın keçirilməsində niyyətini, aksiyanın tarixini, saatını və məqsədini izah etməlidirlər. Razılaşdırılmamış hər hansı bir aksiya qanunsuz hesab olunur İnkişaf etmiş Qərb ölkələrində belə qanunsuz aksiyaların keçirilməsinə icazə verilmir, hətta polis bu cür aksiyaların qarşısını qətiyyətlə alır. İnsan hüquq və azadlıqlarının səviyyəsinin yüksək hesab olunduğu ABŞ-da keçirilən aksiyalar zamanı dəfələrlə bunun şahidi olmuşuq. Qanunsuz yürüşlərin, aksiya və xaos yaratmağa cəhd kimi dəyərləndirilən mitinqlərin hamısı Avropa və ümumilikdə, dünyanın bütün ölkələrində birmənalı olaraq qanun pozuntusu kimi dəyərləndirilir. Üstəgəl, belə xaos yaratmağa hesablanan yürüşlər sonda nəinki dövlətə, ümumilikdə, cəmiyyətə hər mənada zərər vurur.  Biz aşağıda bu bəyanata qoşulan Səhiyyə, sağlamlıq. Ekologiya istiqamətləri üzrə fəaliyyət gğstərən QHT-lər bu çağrışları pisləyir və bəyan edirik ki, istənilən dövlətçiliyimizə qarşı qanunsuz addımlar yol verilməzdir. Bizlər prezidentimizin apardığı siyasəti dəstəkləyir və xalqımızı bu siyasətə qarşı çıxan qüvvələrlə mübarizədə qətiyyətli olmağa çağırırıq.
 
Dövlətimiz güclüdür xaos yaratmağa cəhd edənlərin arzu və xülyaları ürəklərində qalacaq. Dövlətin gücünə güc qatan isə xalqın, cəmiyyətimizin ona olan inamıdır.
 
Loğman Qacqınlara Dayaq Mərkəzi İcdimai birliyi – Tahirə Nağıyeva
Sağlam Gəncliyə Doğru İctimai Birliyi – Turqay Həsənəliyev
Sağlam Həyatın Təbliği  İctimai Birliyi – Elçin Quliyev
Ekoloji Maarifçiik və Moritorinq İctimai Birliyi – Qəmzə Yusubova
Travmatoloq və Ortopedlərin İctimai Birliyi – Cəlilov Yaşar
Leykozlu Usaqlara Dəstək İctimai Birliyi – EminNəbili
Azərbaycan Diabet Liqası İctimai Birliyi – Yeganə Sultanova
Hemofiliyali Xəstələrin Respublika Assosiasiyası – Gülnarə Hüseynova
Azad Həmfikirlər Gənclərin Maarifləndirilməsi İctimai Birliyi – Samirə Musatafayeva
Könül Evi aztəminatlı ailələrə yardım ictimai birliyi – Rüsxarə Axundova
Ziya Hüquq və Sosioloji araşdırmalat cəmiyyəti İctimai Birliyi – Balakişiyeva Nərgiz
Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyi – İradə Polad
"İŞIQ" Sosial-İqtisadi İnkişafa Kömək ictimai birliyi – İlqar Əliyev
"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyi – Nailə İsmayılova
Demokratik İslahatçı Gənclər İctimai Birliyi – Vüsalə Hüseynova
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi – Anar Xəlilov
Saf Həyat Naminə Gənclər İctimai Birliyi – Dinara Bayramlı
Lekimiya ilə Mübarizə İctimai Birliyi – Mehriban Bağırova
"Səma və EKO" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi – İradə Həsənova
Kistik Fibroz Xəstələrinə Yardım  ictimai birliyi – Səadət Yaqub
Qastroenteroloqlar və Hepatoliqlar Assosiasiyası – Gülnarə Ağayeva
Hematoloqlar və Transfuzioloqlar İctimai Birliyi – Çingiz Əsədov
İnkişafa Doğru Qadın Təşəbbüsü İctimai Birliyi – Ziba Nəbiyeva