Şuranın dəstəyilə icbari tibbi sığortanın əhəmiyyətindən bəhs edən layihə yekunlaşıb

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə  “Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyi “İcbari tibbi sığorta vətəndaşların sağlamlığının mühafizəsinin dövlət təminatıdır” layihəsinin icrasını yekunlaşdırır.
 
Layihə çərçivəsində Zaqatala rayonunun Uzuntala ƏİN-də rəsmi gəlirləri olmayan özüməşğul əhalinin maarifləndirilməsi ilə  keyfiyyətli, müasir standartlara cavab verən tibbi xidmətlərə çıxışı təmin edəcək icbari tibbi sığortaya cəlb olunmasına dəstək vermək məqsədilə “İcbari tibbi sığortanın şərtləri və əhalinin sağlamlığının qorunmasında rolu” mövzusunda sonuncu təlim keçirilib. 
 
Təlimdə layihə rəhbəri Sveta Rəfiyeva iştirakçıları salamlayaraq layihənin mahiyyətini açıqlayıb və özüməşğul insanları icbari tibbi sığortaya qoşulmağın əhəmiyyəti barədə məlumatlandırıb.
 
Layihənin təlimçisi Nizami Musayev əhalinin sağlamlığına dövlət qayğısının nümunəsi olan icbari tibbi sığortanın məqsədi, şərtləri, icbari tibbi sığorta zərfləri və s. barədə təlim iştirakçılarına ətraflı məlumat verib.
 
Sonda içtirakçılara buklet və təlim materialları paylanılıb.