Tərtərdə Təhlükəsiz Oyun Meydançasının açılış mərasimi keçirilib

qhtxeber.az  Tərtər rayonunun Səhlabad kəndində Litva səfirliyinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən inşa edilən yeni Təhlükəsiz Oyun Meydançasının açılış mərasimi keçirilib. 
 
qhtxeber.az-a daxil olan məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edib, bəhsigedən layihənin əhəmiyyətindən söz açıb, belə meydançaların inşasının artacağına ümidvar olduğunu bildirib. 
 
Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Egidijus Navikas çıxışında rayon rəhbərliyinə və Qızıl Aypara Cəmiyyətinə bu layihənin həyata keçrilməsi üçün yaratdıqları şəraitə görə minnətdarlığını bildirib, əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu söyləyib. 
 
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyev görüş iştirakçılarına Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun salamlarını və arzularını çatdırıb, ölkəmizdə fəaliyyət göstərən Litva səfirliyinin son üç ildə aparılan humanitar fəaliyyətləri dəstəkləməsini xüsusi vurğulayıb. 
 
Açılış mərasimində Litva Respublikasının Azərbaycandakı səfirli E.Navikasın köməkçisi Dalija İgnatavisiute, layihənin koordinatoru Məmməd Kətanov,Tərtər rayon AzQAC-nin bölməsinin sədri Etibar Heydərov, kənd icma rəhbərləri, kənd məktəb direktoru, müəllim və şagird kollektivi iştirak edib.