Gəncədə “Sağlam gənclik naminə” adlı layihə keçirilib

qhtxeber.az  Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə "Sağlam gənclik naminə" adlı layihənin tədbiri keçirilib. 
 
Tədbir Gəncə şəhərində fəaliyyət göstərən 21 saylı tam orta məktəbdə baş tutub.
 
qhtxeber.az-a daxil olan məlumata görə,layihənin məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların aradan qaldırılmasından ibarətdir. 
 
Tədbirdə Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rəşad Əlizadə, Gənclər Evi SXM-nin direktoru Amil Qurbanov, Gəncə şəhər Təhsil İdarəsinin məsləhətçisi Raminə Məmmədova, Gəncə Regional Ombudsman Mərkəzinin rəhbəri Səbuhi Abbasov, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional şöbəsinin baş müvəkkili, mayor Rafiq Əhmədov və Gəncə şəhər Narkoloji Dispanserinin həkimi Etibar Xəlilov iştirak ediblər. 
 
Çıxışlarda narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına göstərdiyi ciddi mənfi təsirdən bəhs edilib, insanların narkomaniya adlı xəstəliyə düçar olub həyatlarını məhv etmələrindən, narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlardan haqında məlumat verilib. 
 
Tədbirin sonunda sosial videoçarx izlənilib. Yeniyetmələrə layihə ilə bağlı məlumat vərəqələri təqdim olunub.