“ASAN xidmət” mərkəzlərində 33 milyondan çox xidmət göstərilib - Ülvi Mehdiyev

Bu vaxtadək “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri oktyabrın 9-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı ilə “Rəqəmsal ticarət forumu: İpək Yolunun rəqəmsallaşması” mövzusunda keçirilən üçüncü beynəlxalq konfransda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
 
Onun sözlərinə görə, aparılan işlər yaxın gələcəkdə göstərilən xidmətlərin oflayn mühitdən onlayn çərçivəyə daha sürətlə keçməsini təmin etməyə yönəlib. Rəqəmsal həllərin hazırlanması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində də işlər davam etdirilir.