“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”

qhtxeber.az  Zərdab rayon Gənclər və İdman idarəsi tərəfindən oktyabr ayında hərbi xidmətə yollanacaq bir qrup gənclər, həmçinin ümumtəhsil orta məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” mövzusunda toplantı keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, toplantıda Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev, idarənin aparıcı məsləhətçisi Ələkbər Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin əməkdaşı, gizir Rəşad Fətəliyev, şəhər 3 saylı tam orta məktəbin hərbi rəhbəri Ceyhun Abdulxalıqovun çıxışları dinlənilib. 
 
Çıxışlarda ölkəmizdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət gənclər siyasətindən, bu siyasətin ən mühüm istiqamətlərindən biri kimi gənc nəslin vətənpərvər ruhda tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb. Bildirilib ki, hərbi xidmətə çağırılan gənclərdə vətən sevgisi yüksək səviyyədədir. Onlar öz vəzifə borclarının öhdəsindən uğurla gəlir, nümunəvi xidmət edir, qəhrəman vətən oğullarının göstərdikləri şücaətləri hər zaman nümunə olaraq görürlər. 
 
Mərasimin sonunda hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulanıb.