Gedin, o yanda çayınızı için!

Oqtay Hacımusalı


Sizə çayxana haqqında danışmaq istəyirəm. Yox, bu ayrı "çayxana"dır. Bu "çai - xana"(https://chai-khana.org) nı qərbin donor fondunun maliyyəsi ilə yaradıblar. (Konkret olaraq Danimarka Xarici işlər nazirliyinin nəzdində olan MYMEİA(NİRAS)) Portal böyük bir ehtimal ki, Gürcüstanda yaradılıb və qafqaz xalqlarının qardaşcasına, münaqişəsiz bir mühitdə yaşamasını əsas kimi qəbul edir(?!). Necə deyərlər, daha əvvəl necə yaşayıblarsa elə. Azərbaycan, rus, ingilis, gürcü və erməni dillərində fəaliyyət göstərən saytda əsasən gənclər toplaşsa da, - düzdür, bu saytın professionallığına ciddi təsir göstərir - amma sanki gizli bir əl bu gənclərə kölə psixologiyasinı təqdim edir. Adət - ənənələrdən danışarkən tez - tez Sovet dövrünə duyulan həsrət (ki, onların böyük əksəriyyətinin uşaqlığı Sovetlər Birliyinin dağılma dövrünə düşüb), qəfil unudulmaqda olan adət və ənənələr, sonra etnik ayrı - seçkiliyinin sətiraltı ştrixlərlə qabardılması... 
 
Heç gözləmədiyiniz bir anda qarşınıza Azərbaycanda yaşayan transların həyatından bəhs edən bir məqalə çıxır. Məqalənin elə ilk cümləsindən necə deyərlər xoruzun quyruğu görünür: Avropada homoseksualların ən pis yaşadığı ölkə Azərbaycan sayılır. Avropanın 49 ölkəsinin insan haqlarını və LGBTİ icmalarına təsirini araşdıran ILGA –Avropa təşkilatının Göyqurşağı İndeksi bunu göstərir."
 
Necədir, xoşunuza gəlir?! Cəmiyyətdə təbii ki, ictimai qınaq olmalıdır. Bu tip saytların və bu saytları yaradanların başlıca məqsədi elə ölkədə ictimai qınağın öldürülməsi deyilmi? 
 
İctimai qınağın ölməsini, mental dəyərlərin yaşamamasını, qul psixologiyasının hər vəchlə ayaq üstə saxlanılmasını qarşısına məqsəd kimi qoyan bu düşüncə bumu "köhnə SSRİ uşaqlarının" övladlarında yarana biləcək təhlükəni dərhal sezir və bunun qarşısını necə almağın yollarını axtarır. Tapır da... 
 
Müstəqil ölkəmizdə hər şeyi qara göstərib "əşşi, müstəqillik nə yaraşır e?!" - fikrini şüuraltılara ötürmək, bütün ölkəni sosial problemlərin girdabında boğulurmuş kimi təqdim edərək bu dəfə qərbin caynağına düşəsi bir nəsil yetişdirmək. Amma bir şeyi unudurlar: Azərbaycan nə Ermənistan deyil, nə də Gürcüstan!!!
Qısacası, gedin o yanda çayınızı için!!!
 
PS: Çai - Xana - nın tərəfdaşlarından biri Jumpstart sivil insiativ dəstək quruluşunun Gürcüstan təmsilciliyidir ki, onun da layihələrin inkişafı üzrə meneceri kimdir sizcə? Anton Qəməryan...