Şura vakansiya elan edir

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi hüquqşünas və beynəlxalq əlaqələr üzrə mütəxəssis vəzifəsinə işçi qəbulunu elan edir.
 
1. Katibliyin hüquqşünası
 
Vəzifə funksiyaları:
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Katibliyin fəaliyyətinin hüquq və qanunvericilik təminatını həyata keçirir;
Daxil olan sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılmasını və cavablandırılmasını təmin edir;
İşçi heyətin əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasını təmin edir, kadr fəaliyyətinin hüquqi təminatı ilə bağlı zəruri tədbirlər görür; əmr, sərəncam və qərarların qanuna uyğun tərtibatını həyata keçirir;
Şuranın iclaslarının protokollaşdırılmasını həyata keçirir;
Şuranın fəaliyyəti ilə bağlı hüquqi aktların layihəsinin hazırlanmasını təmin edir;
Daxil olan sənəd layihələrinin hüquqi ekspertizasını təmin edir;
Müqavilə layihələrini hazırlayır və daxil olan müqavilə layihələrini ekspertiza edir;
Şura üzvlərinin və Katiblik əməkdaşlarının hüquqi xarakterli sorğularını cavablandırır;
 
Vəzifə maaşı: 1255 manat
 
Vəzifənin tutulmasına dair tələblər:
Ali təhsil (hüquqşünalıq ixtisası üzrə)
Hüquqşünalıq ixtisası üzrə azı 3 il təcrübə
Təşkilatçılıq səriştəsi
Problem həll etmə səriştəsi
Qərar vermə qabiliyyəti
Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti
 
Maraqlanan şəxslər ərizə və aşağıda qeyd olunan digər sənədlərlə 20 oktyabr 2019-cu il saat 17:00-dək c.aliyeva@cssn.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər:
- şəxsiyyət vəsiqəsinin surəti
- kadrlar uçotunun şəxsi vərəqəsi
- ali təhsil haqqında sənədin surəti
- əmək kitabçasının surəti (olduğu təqdirdə)
- rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6).
 
 
2. Katibliyin beynəlxalq əlaqələr üzrə mütəxəssisi
 
Vəzifə funksiyaları:
 
Azərbaycan Respublikasının əməkdaşlıq etdiyi ölkələrlə və beynəlxalq təşkilatlarla qeyri-hökumət təşkilatları sahəsində əlaqələrin qurulması və inkişaf etdirilməsində iştirak edir;
müxtəlif inkişaf tempinə malik ölkələrdə qeyri-hökumət təşkilatları sahəsində dövlət siyasətinin tənzimləyici əsaslarını öyrənir və bu istiqamətdə müqayisəli təhlillər aparır, arayış, rəy və təkliflər hazırlayır;
qeyri-hökumət təşkilatları da daxil olmaqla vətəndaş cəmiyyəti institutları haqqında beynəlxalq miqyasda tanınmış reytinq göstəricilərini izləyir, təhlillər aparır və bununla bağlı müvafiq arayışlar hazırlayır;
qeyri-hökumət təşkilatlarının ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı təkliflər hazırlayır və təqdim edir;
beynəlxalq layihələrin idarə olunmasını, əlaqələndirilməsini, monitorinqini, o cümlədən nəticələrin və davamlılığının izlənilməsini təmin edir;
Şuranın keçirdiyi tədbirlərə xarici dövlətlərin nümayəndəliklərinin və beynəlxalq təşkilatların dəvət edilməsi təşkil edir.
 
Vəzifə maaşı: 930 manat
 
Vəzifənin tutulmasına dair tələblər
Ali təhsil (humanitar ixtisaslar üzrə)
Azərbaycan, rus və ingilis dilini səlis bilməlidir (yazılı və şifahi).
Təşkilatçılıq səriştəsi
Problem həll etmə səriştəsi
Ünsiyyət qabiliyyəti
Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
 
Maraqlanan şəxslər ərizə və aşağıda qeyd olunan digər sənədlərlə 20 oktyabr 2019-cu il saat 17:00-dək c.aliyeva@cssn.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər:
- şəxsiyyət vəsiqəsinin surəti
- kadrlar uçotunun şəxsi vərəqəsi
- ali təhsil haqqında sənədin surəti
- əmək kitabçasının surəti (olduğu təqdirdə)
- rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6).
 
 

 

SON ƏLAVƏLƏR