Ümumdünya ilk Yardım gününə həsr olunmuş tədbir kecirilib

qhtxeber.az  Ümumdünya İlk Yardım Günü münasibətilə AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşları və Fövqaladə Mobil Könüllü dəstənin üzvləri  Azərbaycan Dəmiryol QSC-nin Sumqayıt və Gəncə bələdçiləri üçün  tədbir keciriblər.
 
qhtxeber.az-a daxil olan məlumata görə, tədbirdə Az.QAC-nin icracı katibin müavini, Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi-İran, Beynəlxalq Qızıl Xac Komitəsinin məsul işcisi Lyudmila Şepelyova, Az.QAC-nin FKMD koordinatoru Nigar Rüstəmzadə iştirak ediblər. 
 
Tədbiri giriş sözü ilə bölmənin sədri Mətanət Məhərrəmova acıb, dinləyiciləri və qonaqları salamlayıb, onlara günün önəmi haqqında məlumat veriblər. 
 
Sonra FKMD üzvləri qatar bələdcilərinə ilk yardım haqqında məlumat verib, praktiki göstərişləri həyata keciriblər. Praktiki məşğələlərdə bələdçilər də fəal iştirak ediblər.