Şuranın dəstəklədiyi layihə Neftçalada davam edir

qhtxeber.az  Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icra olunan “Kənd və rayon yerlərində yaşayan qadınların peşə biliklərinin və bacarıqlarının inkişaf etdirilməsi” layihəsi davam etdirilir.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihə çərçivəsində peşə kursunun növbəti təlimləri keçirilib. Təlim iştirakçılarına “Tikiləçək geyimin müvafiq elementlərlə birlikdə bütöv halda modelləşdirilməsi”, “Yataq dəstinin biçilmə üçün hazırlanması, ölçülərin müəyyən edilməsi” mövzuları aşılanıb.
 
Qeyd edək ki, bəhsigedən layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların peşə biliklərini və bacarıqlarını inkişaf etdirmək, onları bu sahədə maarifləndirməkdir.