Şuranın dəstəyilə Bakıda qida təhlükəsizliyinə həsr olunan tədbir təşkil olunub

“İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (İMD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Qida təhlükəsizliyinə həsr olunan tədbirlərin təşkili” layihəsinin icrasını davam etdirir.
 
Layihə çərçivəsində Bakı şəhərində MİU-nun konfrans zalında baş tutan tədbiri giriş sözü ilə açan internet-media ekspert Səbuhi Abbasov qonaqları salamladı və layihə barədə geniş məlumat verib.
 
Sonra Bax.tv saytının rəhbəri Seymur Teymurov çıxış edərək bu kimi layihələrin cəmiyyətin maariflənməsində mühüm rol oynadığını deyib.
"İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Emil Əkbərov layihə barədə geniş məlumat verib: "Layihənin əsas məqsədi cəmiyyəti qida təhlükəsizliyinin əsas aspektləri ilə bağlı maarifləndirməkdən ibarətdir. Bundan başqa biz Qida təhlükəsizliyi ilə bağlı istehsalçıları maarifləndirmək, əhali arasında "sağlam qida” şüarının məntiqi "açarını” təbliğ etmək, qida təhlükəsizliyi prinsiplərinin pozulacağı təqdirdə cəmiyyətə dəyən zərərin elmi izahını vermək, qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəni ölkəmizə tətbiq etmənin yollarını araşdırmağı qarşıya məqsəd kimi qoymuşuq. Bizə dəstək olduqlarına görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edirəm”
 
Sonda layihə çərçivəsindı hazırlanmış 20 dəqiqəlik informativ videorolik təqdim olunub.