Ankarada “Əbədi ezamiyyət” nümayiş olunub

Ankarada Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub.
 
qhtxeber.az publika.az-a istinadən xəbər verir ki, rəsmi şəxslər, paytaxt ictimaiyyətinin görkəmli nümayəndələri, QHT və KİV təmsilçiləri tamaşaçılar arasında olublar. Təqdimat Azərbaycanın Ankaradakı səfirliyi və SOCAR-Türkiyənin birgə təşkilatçılığı əsasında keçirilib.
 
Tamaşaçılar filmi böyük maraqla izləyiblər.