Sahib Məmmədov: "Ermənistan bu "ziyalılarımızı" satın alıb"

Ermənilər bütün beynəlxalq formalarda Azərbaycanın işğal olunmuş ərazilərinin onlara aid olmamasını, həmin ərazilərdə yerli erməni xalqının özünü təyiNetmə hüququndan istifadə etdiyini bəyan edirdi. Bir çox beynəlxalq sənədlərdə də Ermənisan münaqişə tərəfindən daha çox maraqlı (etnik ermənilərin maraqlarını müdafiə edən tərəf) tərəf kimi göstərilirdi. Son illərdə vəziyyət dəyişir”.
 
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında QHT Şurasının üzvü Sahib Məmmədov deyib.
 
Onun sözlərinə görə, artıq Avropa Məhkəməsinin qərarlarında, BMT sənədlərində və bir sıra dövlətlərin sənədlərində aşkar göstərilir ki, işğal altında olan ərazilərə effektiv nəzarəti Ermənistan həyata keçirir və bu ərazilər ErmənistAnın idarəçiliyindədir.
 
“Belə olan halda Ermənistanın hərəkətlərində aşkar bir xətt görünməkdədir. Ermənistan bundan sonra işğal faktını gizlətmək fikrində deyil. Ermənistanın növbəti planı bu ərazilərin artıq Ermənistana məxsus olmasını qəbul etdirməkdir. Bir növ Kəşmir məsələsi kimi, amma bir az fərqli”- S. Məmmədov qeyd edib.
 
Bununla belə o əlavə edib ki, Ermənistan paralel olaraq Azərbaycanın daxilində işləyir: “Milli qəhrəmanlarımızın gözdən salnması, Əkrəm, İbrahimbəyov kimi “ziyalıların” satın alınması, nüfuz agenti şəbəkəsinin genişlənməsi və s.
Avropada Əlikram, və Leyla Yunus və sairələr də bu məqsədlər üçün səfərbər edilib.
Bu planın icrasına başlasalar növbəti addım da o olacaq ki, Azərbaycan əraziləri işğaldan azad etməyə başlayanda onu işğalçı tərəf kimi tanıtdırmaq. Erməni həyasızlığının sonu yoxdur.
Bu plana başlasalar, (yəqin ki, başlayıblar da) adekvat tədbirlərə ehtiyac olacaq. Ordumuz hazırdı, amma xarici siyasət idarəmiz nə qədər hazırdı, buna deyə bilməyəcəm”.(Ölkə.Az)