Şuranın dəstəyilə viktorina keçiriləcək: “Tap görüm!”

qhtxeber.az  “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yol hərəkəti təhlükəsizliyi qaydalarının əlifbası” layihəsini icra edir.
 
Layihə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 3 ümumtəhsil məktəbində (Kamal Məmmədov adına 209 № li, Cavid Nurməmmədov adına 108 № li və 255 № li tam orta məktəblərdə) icra olunur.
 
Layihəyə cəlb olunan uşaqlarda nitqin inkişafı, hafizənin, yaddaşın möhkəmlənməsi üçün yol hərəkətinə, nəqliyyata dair məktəblərdə 18, 19, 20 sentyabr tarixlərində “Tap görüm!” viktorinası keçiriləcək və viktorina sadə şəkildə, uşağın başa düşəcəyi ibtidai formada qurulacaq. 
 
Qeyd edək ki, “Yol hərəkəti təhlükəsizliyi qaydalarının əlifbası” layihəsi iştirakçılarının hər birinə ( 51 nəfər uşaq) rəngli, təsvirli hədiyyə çantası, küçə hərəkəti qaydalarını əks etdirən rəngli, təsvirli kartlar, yol hərəkətinə dair hədiyyələr təqdim ediləcək.