Şuranın dəstəyilə Astara el məzarlığında şəhidlərin xatirə guşəsi yaradılıb

qhtxeber.az  Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin icrasını Astara rayonunda davam etdirib.
 
Layihə çərçivəsində Astara rayon el məzarığında dəfin olunmuş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olanların məzarlarının vəziyyətləri manitorinq aparılaraq şəhidlərimizin siyahısı müəyyən edilib. Astara rayon el məzarığında dəfin olunmuş 7 nəfər şəhidin xatirəsini əbədləşdirmək üçün düzəldilmiş Şəhidlərin xatirə güşəsinin açılışı olub.
 
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş oğullarımızın xatirəsi yad edilib.
 
Sonra layihə rəhbəri, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsədi və görülən işlər barədə məlumat verib.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfov bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanı ilə müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitini almaları üçün şəhid aillərinin siyahsı Astara rayon aidiyəti təşkilatlar tərəfindən hazırlanaraq Bakıya müvafiq orqanlara təqdim edilib. Bundan başqa, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin və Astara rayon İcra Hakimiyyətinin təşəbbüsləri ilə 9 may Qələbə günü, Ramazan və Qurban bayramı günlərində Astara rayonunun şəhid ailələri və böyük Vətən Müharibəsi veteranlarının evlərinə gedərək onlara bayram sovqatı verilir. 
 
"Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Astara rayon şöbəsinin sədri Orxan Əliyev bildirib ki, Astara rayon üzrə 82 şəhid ailəsi vardır ki, bunlardan 15 itkin düşmüş, 48 Qarabağ müharibəsi əlili, 320 Qarabağ müharibəsi veteranı, 1 nəfəri Azərbaycanın Milli Qəhranı, 6 nəfər Böyük Vətən Müharibəsi veteranı, 125 Əfqanstan müharibəsi iştirakçısıdır. 
 
Astara rayon Şiyəkəran kəndinin İcra nümayəndəsi Tofiq Əliyev çıxış edərək deyib ki, Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar. 
 
Astara rayon el məzarlıqında keçirilən manitorinqlər zamanı Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda  şəhid olmuş 7 nəfər, Astara rayon 5800 sakini olan Şiyəkəran kəndinin məzarlığında 4 nəfər şəhid, 2 nəfər itgin düşmüş şəhidin məzarı aşkar edərək, onların vəziyyətlərinə baxış keçirilib, şəhidlərin siyahısı hazırlanıb.  
 
Tədbir iştirakçılarından şəhid ailəsi Sərdar Quliyev çıxış edərək həyata keçirilən layihəni müsbət qiymətləndirib, layihənin icrasına dəstək verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fonduna təşəkkür edib.
 
Sonda,layihəsinin həyata keçməsində yaxından köməklik göstərdiklərinə və şəhid aillərinə göstərdikləri diqqət və qayğıya görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfov, Astara rayon Şiyəkəran kəndinin İcra nümayəndəsi Tofiq Əliyev, Respublika Müharibə Veteranları Təşkilatının Astara rayon şöbəsinin sədri Rafiq Əliyev, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Astara rayon şöbəsinin sədri Orxan Əliyev, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun  Döyüş Səlnaməsi Fəxri Fərmanı ilə təltif ediliblər.