Sumqayıt FMKD-nın aylıq görüşü keçirilib

qhtxeber.az  Fövqaladə Mobil Könüllü Dəstənin aylıq görüşü  keçirilib. 
 
Görüşdə FMKD-nin koordinatoru Nigar Rüstəmova və əməkdaşlıq şöbəsinin işçisi Lyudmila Şepelyova da iştirak ediblər.
 
qhtxeber.az-a daxil olan məlumata görə, AzQAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova iştirakçıları salamlayıb, görüşün məzmunu və mahiyyəti haqqında könüllüləri məlumatlandırıb. 
 
Ardından ay ərzində Mobil dəstənin gördüyü işlər müzakirə edilib, növbəti ay üçün görüləcək işlər planlaşdırılıb. 
 
Daha sonra FMKD-nin üzvləri Lalə Cəlilzadə və Fərid Nağızadə “İqtisadi Təhlükəsizlik təlimi”ndə öyrəndikləri dolanışıq vasitələri, dolanışıq strategiyaların əsas başlıqları, qida istehsalı, məlumatların toplanılması və digər mövzular haqqında bilikləri komanda üzvləri ilə bölüşüblər. 
 
Yekunda gənclər qarşıdan gələn “Dünya İlk Yardım “günü ilə əlaqəli keçiriləcək təlimlər haqqında diskussiya aparıblar.