Şuranın dəstəyilə əhali sağlam və təhlükəsiz qidanın vacibliyi mövzusunda maarifləndirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi “Sağlam və təhlükəsiz qidanın vacibliyi ilə bağlı əhalinin maarifləndirilməsi” layihəsini davam etdirir.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihə çərçivəsində Ağdam rayonunun Əliağalı kənd Mədəniyyət evində tədbir keçirilib. 
 
Tədbiri giriş sözü ilə Ağcabədi Regional Mədəniyyət İdarəsi, Əliağalı kənd Mədəniyyət evinin müdiri Hicran Əhmədova açaraq tədbirin aktuallığından bəhs edib, müstəsna əhəmiyyətini vurğulayıb. 
 
Layihənin rəhbəri E. Dadaşov çıxışında layihənin məqsədini açıqlayıb. O, səmərəli və keyfiyyətli təşkil olunmuş, təbii məhsullarla qidalanmanın insan sağlamlığı üçün önəmini söyləyib. 
 
Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam Mərkəzləşdirilmiş kitabxanasının müdiri Sevda Hüseynova sağlam və təhlükəsiz qidanın vacibliyini diqqətə çatdırıb. 
 
Sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.