QHT fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstərir

qhtxeber.az  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə “XXI Əsrin Qadınları“ İctimai Birliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzinin fəaliyyətinin (Bakı şəhər) təşkili” layihəsi çərçıvəsində fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstərir.
 
Layihə çərçivəsində 268 saylı xüsusi məktəbdə fiziki məhdudiyyətli valideyn və  uşaqlarla görüş keçirərək mərkəz haqqında məlumat verilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbələrinə fiziki qüsurlu uşaqların siyahısının (uşaq və valideyinlərin əlaqə nömrələrini, yaşayış ünvanlarını) mərkəzə göndərmələri üçün məktublar ünvanlanıb, mərkəz haqqında məlumat verilib. Fiziki qüsurlu uşaqların siyahısını (uşaq və valideyinlərin əlaqə nömrələrini, yaşayış ünvanlarını) mərkəzə göndərmələri rayon şöbələrindən xahiş olunub. 
 
Bundan əlavə, sosial şəbəkələrdə mərkəzlə baglı reklamlar yerləşdirilib. İctimai Birliyin etdiyi müraciətdə deyilir: “Fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək və bacarıqlarının inkişafı üçün valideynləri öz əlil uşaqlarını evdə gizlətməməyə çağırırıq. Bu sahədə marifləndirmə işinin təşkili üçün hətta ev-ev gəzib, məlumat verməyə hazır olduğumuzu bildiririk.
Əziz valideynlər!
Sizi dövlətin fiziki qüsurlu uşaqlarla göstərdiyi qaygıdan yararlanmaga səsləyirik. Buyurun, mərkəzimizə gəlin!
Həftə içi hər gün saat 09:00-dan 18:00-a kimi mərkəzimiz xidmətinizdədir.
Əlaqə telefonları: (+994)50 357 1174,  (+994)77 390 1112, (+99412) 448-80-88”.