Şuranın dəstəyilə İngiltərədə "Könlüm keçir Qarabağdan" adlı tədbir keçiriləcək

qhtxeber.az  19 sentyabrda İngiltərənin paytaxtı London şəhərinin Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Xan Şuşinski Fondu"nun təşkilatçılığı ilə "Könlüm keçir Qarabağdan" adlı tədbir keçiriləcək.
 
Bu barədə qhtxeber.az-a "Xan Şuşinski Fondu"nun rəhbəri Bəyimxanım Verdiyeva məlumat verib.
 
Tədbirə İngiltərədə fəaliyyət göstərən müxtəlif ölkələrin səfirləri, diplomatik korpusların, diaspor təşkilatlarının və ictimaiyyət nümayəndələri dəvətlidirlər.