QHT “Yay məktəbi” təşkil edəcək

qhtxeber.az  “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi, gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsi, onların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Yay məktəbi” layihəsinə start verib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, Azərbaycanda könüllülük hərəkatının təbliği, gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi, gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb olunması layihənin əsas məqsədlərindəndir. 
 
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Biləsuvar rayonunda 3 günlük yay məktəbinin keçirilməsi nəzərdə tutulur.