Şuranın dəstəyilə “Qarabağ dünən, bu gün, sabah” mövzusu müzakirə edilib

qhtxeber.az  “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Region gəncləri arasında hərbi vətənpərvərlik hissinin gücləndirilməsinə dair təşəbbüslər” layihəsi çərçivəsində növbəti tədbir keçirib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, tədbir Ağdam rayonunun Təzəkənd qəsəbəsində “Qarabağ dünən, bu gün, sabah” mövzusu altında reallaşdırılıb. 
 
“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İB-nin sədri Tural Quliyev tədbiri giriş sözü ilə açıb, tədbirin mahiyyətini diqqətə çatdırıb. Çıxışın ardından şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 
 
Layihə rəhbəri Gülabə Cəfərova çıxışında təşkilatın fəaliyyəti, bəhsigedən layihənin məqsədlərindən danışıb.
 
Ekspert A. İmanova isə gənclərin vətən sevgisindən söhbət açıb, vətənpərvərlik hissinin ülviyyətini vurğulayıb. 
 
Sonra iştiakçıların Qarabağla bağlı xatirələri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.