Tərbiyədən, əxlaqdan, şərəfdən yoxsun bir dəstə...

Əkbər Qoşalı


Bugün mənə bəlli oldu ki, Nicat Abdullazadə adlı bir nəfər AXCP üzvü “feysbuk”da paylaşım edib, mənim və bir sıra dostların adını yazıb, şəklini də paylaşaraq, növbəti mənəvi terrora rəvac verib. –  Niyə “növbəti”? – ona görə ki, bir balaca göz atınca, bəlli olur, bu şiş¬man gənc adam (əgər adam demək mümkünsə), belə yaramazlıqla ilk dəfə məşğul olmur¬muş; ikincisi, Nicat adlı bu nəfərin özü kimi, hətta, özündən də mənəviyyatsız bir sürü buraxma, onun paylaşımına, konkret olaraq, söyüş, təhqirlə ( -əlbəttə, yalnız öz böyüklərinə, ailə üzv¬lərinə ünvan¬lanası sözlərlə) “rəy” yazıblar; bununsa mənəvi terrordan başqa adı yoxdur.
 
Nə baş verib?
 
Azərbaycan Prezidentinin köməkçisi prof.dr. Əli Həsənov AXCP sədri Əli Kərimlinin hakimiyyətin ünvanına bugünlərdəki növbəti ittihamlarına cavab verib; mən və mənəvi terrora məruz qalan digər dostlarımızın da günahı odur ki, Əli müəllimin “Feysbuk”da paylaşdığı həmin cavaba rəy yazmışıq.
 
Fikir verin, 
 
Ə. Kərimli “Feysbuk”da əlisilahlı fotoları yayılan Fuad Muradovun ( -keçmiş döyüşçü övladının) AXCP üzvü Nicat Abdullazadəni təhdid etməsinin sorumluluğunu konkret olaraq, hakimiyyətin üzərinə qoyur. Və görün nə yazır: “...Bu qədər olmaz artıq! Hakimiyyətdəki qrup məsuliyyət hissini itirib. Hökumətin əli silahlı yandaşı, Fuad Muradov adlı şəxs AXCP funksioneri Nicat Abdullazadəni ölümlə hədələyib, evinə basqın edəcəyini bildirib. Bu nədir, terror cəhdi? ...Nicat Abdullazadə ölümlə hədələnməsilə bağlı polisə rəsmi müraciət edib. ...Özünüzü yığışdırın və məsuliyyətli olun!” – Baxın, özü yazır ki, Nicat deyilən o adam polisə müraciət edib; Nicat özü də (sosial şəbəkədə yayılmış səsli müsahibəsində) etiraf edir ki, polisdə onu normal dinləyiblər, müvafiq qeydlər götürüblər və s. Və Fuadla Nicatın ara-sındakı söz atışması da, bir “feysbuk” paylaşımı ətrafında yaranıb. 
 
Yaxşı, belə olan halda, bunu siyasi hakimiyyətin sifarişinə dönüşdürmək, bir gəncin başqa bir gənclə söz atışmasından silahlı dəstə düzəltmək nədir? Hələ-hələ bu hay-küyün üzərindən başqalarını mənəvi terrora məruz qoymaq, təkrar edirəm, yalnız və bilavasitə özlərinə, öz ailə üzvlərinə, doğmalarına aid ediləcək söyüş, təhqirlə “silahlanmaq” nədir? Budur, sizin siyasi mübarizə üsulunuz? Bu üsulu hakimiyyətə daşımağa çalışırsız? Utanıb-qızarmırsız heç? Ayıb deyilmi?!   
 
Hansısa statusa rəy yazıb-yazmamağı gəlib sizlərdənmi soruşmalıyıq? Mənim (yaxud bir başqasının ) rəyi xoşuna gəlmir? – Gəlməsin. – Götür, sən də urvatını itirmədən öz rəyini yaz, kim də istərsə, səninlə mühatab olar ya olmaz o başqa məsələ. Yoxsa, ağzını qoy Allahsızlıq yoluna, nə gəldi, dorğa tök..? – Belə yanaşmamı olar?..
 
İndi nə deyirsiz? Siz deyənlər birmənalı doğru, sizə qarşı deyilənlər birmənalı yanlışdır?! İpləməsizmi ya hansısa sindromdan əziyyət çəkirsiz?
 
Kimsə şəxsən mənim hansısa yazımda, statusumda, rəyimdə kimisə söydüyümü, təhqir etdiyimi görüb? Ancaq gərək heç kəs heç kəsi söyüş arsenalı toparlamağa vadar etməsin. 
 
Bəlkə İnqilab Kərimlinin də əlinə hakimiyyət silah verib, göndərib Fransaya və Əli Kə¬rim¬linin əmisioğlu olan bu bəndəyə tapşırıb ki, İŞİDı Azərbaycana haraylasın, hə?!
 
Elə belə ühulət və sühulətsiz yanaşmalarınıza görə də, prezidentin köməkçisi deyir ki, “...Özlərini hakimiyyətə “opponent” hesab edən, siyasi fəaliyyətləri sosial şəbəkələrdə əsassız, qərəzli, şantaj xarakterli iddialar irəli sürməkdən ibarət olan ayrı-ayrı qrup və fərdlər ölkədə ictimai narazılıq formalaşdırmaq üçün ən səviyyəsiz və primitiv üsullara əl atmaqdan belə çəkinmirlər. ...AXCP sədri Əli Kərimli başının dəstəsi ilə birlikdə ölkədə və dünyada baş verən bütün mənfi yüklü halları Azərbaycan hakimiyyətinin və dövlətinin adı ilə bağlamağa cəhd göstərir.
 
...Dövlətin hansısa “fədailər qrupu”na və digər bu kimi qeyri-qanuni dəstələrə ehtiyacı yoxdur. ...Buna görə də öz siyasi ambisiyalarını reallaşdırmaq məqsədilə şər-böhtan yaymaq və ictimaiyyəti çaşdırmaq lazım deyil. Belə əməllərə yol verən onun hüquqi məsuliyyətini də dərk etməyi bacarmalıdır.
 
Əli Kərimliyə xatırlatmaq istərdim ki, əli silahlı şəkil çəkdirib paylaşmaq onun özünün ortaya qoyduğu bir nümunədir. Əgər bu gün kimsə bu “qəhrəmanlığ”ı təkrarlayırsa, bunun səbəbini hakimiyyətin siyasətində yox, AXCP-nin və onun başçısının əməllərində axtarmaq daha düzgün olar...”
 
Bax, indi, belə bir ortamda bir nəfər AXCP üzvünün haray-həşirindən asılı qalan, onu yeni bir qalxınma tutalğacı hesab edən zehniyyətə nə deyəsən?.. Gör, rəhmətlik Elçibəyin partiyası kimlərin umuduna qalıb? – Elçibəy o partiyanı sizlərin söyüş, təhqir, şər-böhtan platformanız olsun deyəmi yaratmışdı, a yaramazlar?! – Elə ona görə də, söyüş söyməyənlər, siyasi mübarizəni təhqir müstəvisində görməyənlər sizdən uzaqlaşdı, Tovuzlular demiş, ardoy (ər¬dov) kimi qaldız ortalıqda. Aybınıza kor olun barı...