Şura “Regionlarda əlillər üçün xüsusi şəraitin yaradılmasına təşəbbüslər”i dəstəkləyir

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Vətan Fədailərinin Hüquqlarının Müdafiəsi ” İctimai Birliyi “Regionlarda əlillər üçün xüsusi şəraitin yaradılmasına təşəbbüslər” layihəsinin icrasına başlayıb. 
 
Layihə çərçivəsində Lənkəran şəhəri və Astara rayonunda əlillər üçün manesiz həyat tərzinin formalaşması, əlillərin əlil arabalarında sərbəst, maneəsiz hərəkəti üçün tədbirlərin görülməsi barədə dövlət nümayəndələri ilə müzakirələrin aparılması, bu sahədə təlimlərin keçirilməsi, əlil arabasından istifadə edənlərin rahatlığını təmin etmək üçün ictimai-iaşə obyektlərində monitorinqlərin aparılması həyata keçiriləcək. 
 
Eyni zamanda, bu sahədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin əlillərin maneəsiz hərəkət üçün yaratdığı imkanlar barədə ictimaiyyət arasında sorğu da keçiriləcək. Lahiyə yekunlaşdıqdan sonra təlimlər əsnasında müəyyən edilən ictimai müzakirələrin və ictimaiyyət arasında keçirilən sorğuların nəticələri bu sahədə tədbirlərin görülməsi üçün aidiyyatı dövlət orqanlarına hesabatlar təqdim ediləcək.