Şuranın dəstəyilə Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib

qhtxeber.az  “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Aqrar sektora alternativ maliyyə mənbələrinin cəlb edilməsi ilə bağlı təlimlərin keçirilməsi” layihəsi çərçivəsində Zərdab rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında təlim keçirib.
Təlimdə Zərdab rayon Gənclər və İdman idarəsinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, QHT üzvləri, aqrar sektora bağlı fermerlər və rayonun fəal gəncləri olmaqla 60 nəfər iştirak edib. 
 
Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Kazım Məmmədov təlim iştirakçılarına təşkilatın fəaliyyəti barədə, eyni zamanda layihənin donoru olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tətbiq etdiyi “Səlis” xidmət haqqında  məlumat verib. Qeyd edib ki, iqtisadi baxımdan yeniliklərin əks olunduğu bu layihənin əsas məqsədi aqrar sektora bağlı təsərrüfatlarda uçotun möhkəmləndirilməsi, alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına kömək göstərilməsi, gənclərin məşğulluğun yerli aqrar sektorda sahibkarlıq fəaliyyəti hesabına artırılmasına istiqamətləndirilməsi, stimullaşdırılması, son on beş ildə həyata keçirilən islahatlar nəticəsində və görülən işlərin yekunu olaraq kənd təsərrüfatının inkişafı  ilə bağlı marifləndirmə işlərinin görülməsindən ibarətdir. 
 
Zərdab rayon Gənclər və İdman İdarəsinin rəis müavini Əvəz Soltanov çıxış edərək  qeyd edbi ki, regionda əsas istehsalın aqrar sektora bağlı olduğunu nəzərə alsaq, layihə kifayət qədər aktual və müasir dövrün nəbzinə uyğundur. 
 
Tədbirdə çıxış edən Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri çıxış edərək ölkəmizdə həyata keçirilən islahatların kənd təsərrüfatının inkişafında rolundan bəhs ediblər.
 
Sonra tədbir ölkənin milli iqtisadiyyatının formalaşmasında və inkişafında aqrar sektorun yeri, Aqrar sektorda istehsalın intensivləşdirilməsi, Aqrar sektorda sahibkarlıq fəaliyyətinin iqtisadi mahiyyəti və inkişafının zəruriliyi və Alternativ maliyyə mənbələri mövzularını əhatə edən təlimlə davam edib.  
 
Təlim iştirakçılarına layihə çərçivəsində çap edilmiş kitabça və marifləndirici bukletlər paylanılıb.