Bakıda XIX Beynəlxalq Gənclər Forumu keçiriləcək

qhtxeber.az  "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın;n, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), Azərbaycan Gənclər Fondunun, Səhiyyə Nazirliyinin B.Ə. Eyvazov adına ET Hematoloqiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankınıın, Beynəlxalq Qan Donorları Cəmiyyətlərinin Federasiyası və Beynəlxalq Gənclər Komitəsinin dəstəyi ilə Bakı şəhərində 21-25 avqust tarixlərində XIX Beynəlxalq Gənclər Forumu keçiriləcək.
 
qhtxeber.az-a daxil olan məlumata görə, "Spread The Light, Save Lives!" adlı forumun məqsədi insanları qanvermə sahəsində olan imkanlar, problemlər barədə məlumatlandırmaq, gənc qan donorlardan ibarət beynəlxalq “Donor şəbəkəsi” qurmaq, cəmiyyətin diqqətini qan donorluğunun inkişafına yönəltməkdir.
 
XIX Beynəlxalq Gənclər Forumunda yalnız 18-29 yaş arası, daimi gənc qan donorları, bu sahədə könüllü fəaliyyəti olan gənclər iştirak edə bilərlər.
 
Rəsmi mərasim 22 avqust 2019-cu il tarixdə, 09:00-da Bakı Konqres Mərkəzində baş tutacaq.
 
Forumda iştirak etmək üçün təqdim olunan qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat: https://docs.google.com/…/1FAIpQLScrL7Xne7ANkrHVZ…/viewform