Gənclər Mərkəzində gənclərlə görüş keçirilib

qhtxeber.az  Zərdab rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərlə görüş  keçirilib.
 
Gənclər Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini Əvəz Soltanov Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətindən bəhs edib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri Rəmzi Şirinov gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili barəsində söhbət açıb, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlərdən, eyni zamanda gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şəraitdən danışıblar.