DSX-nın 4 yeni sərhəd döyüş məntəqəsi yaratmasına münasibət birmənalıdır

“Dövlət Sərhəd Xidmətinin Qazax istiqamətində irəliləyərək dörd yeni sərhəd döyüş məntəqəsi yaratması olduqca müsbət haldır”.
 
Bunu “Sherg.az”a millət vəkili Arif Rəhimzadə söyləyib. O qeyd edib ki, bu cür qalibiyyət və uğurlar cəmiyyətdə olduqca böyük ruh yüksəkliyi yaradır: 
 
“DSX-nin gücü, qüdrəti  günbəgün artmaqdadır. İşğalçı ölkə ciddi nəticə çıxarmalıdır. Ermənistan Azərbaycan DSX və ASQ-nin gücünə bələddir. Postlarımızın irəli çəkilməsi çox yaxşı haldır. Bu, qələbə deməkdir.
 
Zaman-zaman sərhədçilərimiz və ASQ-nin əsgərləri irəliləyir. Bu cür əməliyyatlar həyata keçirilir. Cəmiyyətimiz,  xalqımız bunu yüksək qiymətləndirir”.