Əlilliyi olan şəxslərin özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması müzakirə edilib-Şuranın dəstəyilə

qhtxeber.az  Azərbaycan Əlilləri Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsinin icrasını davam etdirir.
 
Layihə çərçivəsində Şamaxı rayonu Mərkəzi Kitabxanasında tədbir keçirilib.
 
Tədbirdə sağlamlıq imkanları məhdud vətəndaşların sosial rifahının dayanıqlığı istiqamətində həyata keçirilən dövlət proqramlarının əhatə dairəsinin genişləndirilməsi, bu qurupa daxil olan insanların ölkəmizdə tətbiq edilən sosial müdafiə və təşviq mexanizmlərinin yararlanma səviyyəsinin yüksəldilməsi, əlil vətəndaşların ölkə iqtisadiyyatının, o cümlədən əmək bazarının aktiv iştirakçılarına çevrilməsi istiqamətində maarifləndirici tədbirlərinin intensivliyinin artırılması və beləliklə iqtisadi inklüzivliyin dəstəklənməsi və bu sahədə mövcud problemlərin həlli yolları mövzusunda müzakirələr aparılıb.