Şura üzvü: “Azərbaycanda tələbələrə uzunmüddətli və faizsiz kredit verilə bilər”

Ödənişli ixtisaslara görə qazandıqları bakalavr və magistr yerlərindən imtina edənlərin problemi hər tədris ilinin əvvəlində gündəmə gəlir. Hər tədris ilinin əvvəlində yenidən gündəmə gələn təhsil kreditləri məsələsi ilə bağlı QHT rəhbəri hüquq müdafiəçisi, ekspert Sahib Məmmədov bizimyol.info-ya açıqlamasında tələbələrə uzunmüddətli və faizsiz kreditin verilməsini təklif edib.
 
“Hansı dövlətdə ödənişli əsaslarla təhsil sistemi varsa, həmin ölkələrdə tələbə krediti sistemi olur. Təhsil kreditlər iki formada tələbələrə verilir. Kommersiya əsaslarla verilən kreditləri banklar tələbələrə təklif edirlər. Burada kreditlər müəyyən güzəştli şərtlərlə tələbələrə verilir. Universiteti bitirdikdən sonra krediti qaytarırsan. Sosial layihə olan təhsil kreditlərini isə dövlət tələbələrə verir. Məsələn, Böyük Britaniyada tələbə krediti sosial layihədir. Çox böyük güzəşt olur. Belə ki, dövlət banklara pul verir və banklar faizsiz həmin vəsaitini tələbələrə kredit olaraq verirlər”,-deyə S.Məmmədov bildirib.
 
Ekspert vurğulayıb ki, o Azərbaycanda kommersiya əsaslarla tələbə kreditinin verilməsinin tərəfdarı deyil: “Bizim bankların kredit faizləri yüksək olduğunu nəzərə alsaq, bu tələbə üçün risklidir, faydasızdır. Çünki tələbənin işləyəsiniz və həmin vəsaiti qaytarması mümkünsüz ola bilər. Azərbaycan uzunmüddətli və faizsiz tələbə krediti verə bilər. Hətta güzəştlər də tətbiq edilə bilər. Məsələn, əla qiymətlərlə, qırmızı diplomla bitirən tələbələrə kreditinin müəyyən faizi güzəşt oluna bilər”.
 
S.Məmmədov deyib ki, dövlət bu məsələyə biganə deyil: “Belə ki, yüksək bal toplayanlar təhsil haqqından azd edilirlər, ödənişli əsaslarla təhsil alanların təqaüd almaq imkanları var. Eləcə də, imtiyazlı ailələrin övladları təhsil haqqlarından azad ediliblər.