Şuranın dəstəklədiyi layihə Saatlı rayonunun Novruzlu kəndində yekunlaşıb

qhtxeber.az  Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azad İstehlakçılar" İctimai Birliyi “Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin fermer təsərrüfatlarında istehsal olunan malların  dəyər zəncirinə təsiri barədə maarifləndirmə tədbirləri” layihəsini icra edir.
 
Layihə çərçivəsində Saatlı rayonunun Novruzlu kəndində fermerlərə son təlim keçirilib. 
 
 “HACCP (Hazard Analysis and Critical Control Points) prinsipləri ilə ekoloji kənd təsərrüfatı məhsulları istehsalı və “CS 1- Azərbaycan” təcrübəsinin tətbiqi ilə bazara çıxışı” mövzusunda təşkil edilən təlimdə 14 fərdi fermer daxil olmaqla 17 nəfər iştirak edib.
 
Təlimin təlimin məqsədi ekoloji təmiz k/t məhsulları istehsalı üzrə zəruri aqrotexniki tədbirlər barədə kiçik fermer təsərrüfatları sahibkarlarının bilik və bacarıqlarının artırılması ilə onların bazar rəqabətli məhsul istehsal etməklərinə dəstək vermək olub.
 
Təlimçi Nizami Musayev fərdi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalı üzrə problemlərini müzakirə edərərk, onlara ekoloji təmiz kənd təsərrüfatı  məhsulları istehsalı və “Dəyər zənciri” iştirakçıları ilə işgüzar əlaqələr qurmaqla bazar rəqabətliliyinin təmin olunması yollarını izah edib. 
 
Layihə eksperti Fərrux Əsgərov təlim iştirakçılarını “CS 1- Azərbaycan” təcrübəsi üzrə məlumatlandırıb. O, Saatlı rayon bazarlarından alınmış tərəvəz məhsullarının tərkibində azotun miqdarının normaya uyğun olub-olmamasını xüsusi aparat vasitəsilə əyani şəkildə test nümayişi olaraq göstərib.
 
Sonda layihə heyəti fermerlərə cari təsərrüfat ilini uğurla başa vurmağı arzulayıb.