Şuranın dəstəyilə Xaçmaz rayonuna ekskursiya təşkil olunub

qhtxeber.az  “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı “Yeniyetmə və gənclərin sahibkarlıq və biznes fəaliyyəti ilə bağlı maarifləndirilmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasını davam etdirir.
 
Layihə çərçivəsində 24 iyulda 20 nəfər yeniyetmə və gənc üçün Xaçmaz rayonunda yerləşən Qafqaz Konserv Zavoduna və AZHAZELNUT Şirkətinə ekskursiya təşkil olunub.
 
Bu barədə qhtxeber.az-a məlumat verən layihə rəhbəri İndira Şəmsivari bildirib ki, layihənin məqsədi yeniyetmə və gəncləri ölkəmizdə özəl bölmənin inkişafı ilə bağlı yaradılan əlverişli mühit barədə məlumatlandırmaq və şagirdlərə “sahibkarlıq”, “biznes”, “azad bazar” kimi anlayışları təlqin etmək, öyrətmək, bazar qanunlarını başa salmaq və onları gələcək həyata hazırlamaqla yanaşı, ali təhsilli, orta ixtisaslı sahibkarlar kimi görməkdir. 
 
Şirkətlə yaxından tanış olan gənclər öz düşüncüləri ilə bölüşüblər və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.  
Qeyd edək ki, növbəti səfər Siyəzən rayonunda yerləşən sahibkarlıq obyektlərinə olacaq.