Şuranın dəstəyilə "İnsan alveri insan ləyaqətini alçaldır" mövzusunda tədbir keçirilib

qhtxeber.az  Beynəlxalq Hüquq Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İnsan alveri insan ləyaqətini alçaldır"  layihəsini icra edir.
 
Layihə çərçivəsində Ağstafa rayonunda Heydər Əliyev Mərkəzində bütün yaş qrupundan olan orta məktəb müəllimlərinin, polis əməkdaşlarının, tibb işçilərinin, valideynlərin, Ağstafa rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Müşviq Hüseynovun iştirakı ilə seminar keçirilib.
 
Seminarda insan averi, onun formaları, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reabilitasiya imkanları barədə qanunvericiliyin müddəaları, insan alveri ilə mübarizə aparan dövlət orqanlarının imkanları, insan alveri qurbanlarının cəmiyyətə qaytarılması, psixoloji reabilitasiyası, insan alverinin qurbanlarının dövlət müdafiəsi və bu müdafiənin səmərəliliyi kimi mövzular əhatə olunub. 
 
Seminarda konkret insan alveri halları ilə mübarizə yolları barədə məlumatlar verilib və dövlət orqanlarına müraciət mexanizmləri, Daxili İşlər Nazirliyinin insan alveri qurbanları üçün 152 qaynar xətti, sığınacaqlar barədə geniş izahlar verilib, insan alveri hallarının gizlədilməsinin insan alverçilərinin xeyrinə olması xüsusi qeyd edilib.
 
Seminar iştirakçılarına “İnsan alverinin qurbanına çevrilməyək” adlı bukletlər paylanıb. 
 
Onu da qeyd edək ki, "İnsan alveri insan ləyaqətini alçaldır" bukletlərin paylanması ilə bağlı ictimai aksiya keçirilib. İctimai aksiya Ağstafa rayonu Heydər Əliyev Mərkəzindən şəhərin mərkəzi hissəsi bazar və ticarət mərkəzlərindən keçərək 1 saylı tam orta məktəbə qədər davam edib. Aksiyanın məqsədi insan alveri probleminə cəmiyyətin marağıının artırılması, insan alveri halları ilə qarşılaşdıqda onunla mübarizə barədə maariflənmədir. 
 
Layihə çərçivəsində tədbirlər davam etdirilir.