Şuranın dəstəyilə peşə kursları davam edir

qhtxeber.az  “Kür-Xəzər” xeyriyyə ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Plastik torbalardan istifadənin məhdudlaşdırılması istiqamətində təbliğat tədbirlərinin təşkili" layihəsinin icrası davam edir.
 
Layihə çərçivəsində növbəti görüş Binəqədi Gənclər Evində baş tutub. 
 
Görüşdə çıxış edən “Kür-Xəzər” xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov bildirib ki, həssas sosial qrup nümayəndələrinin (əlillərin, müharibə veteranlarının və şəhid ailələrinin üzvlərinin) dərzilik  peşəsinə yiyələnməsinə dəstək məqsədi ilə təşkil olunan kurslar uğurla davam edir. 
 
Qeyd edək ki, layihə çərçivəsində kurslara 20 şəxs cəlb olunub. 
 
Sonra çıxış edən təlimçi Humay Ramazanova ötən 1 ay müddətində keçirilən təlim barəsində geniş məlumat verib. 
Tədbirin sonunda təlim iştirakçılarına ehtiyac duyduğu ləvazimatlar təqdim edilib və növbəti təlim keçirilib.