Şuranın dəstəklədiyi layihə çərçivəsində TV verilişlər yayımlanıb

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB “Məcburi əməyin qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin icrası” layihəsini icra edir.
 
Layihə çərçivəsində “Dünya TV” telekanalında “Məcburi əmək nədir və onunla mübarizə yolları” və “Məcburi əməyin qurbanı olmayaq” mövzusunda TV veriliş yayımlanıb. Verilişlər 2 saat olmaqla canlı yayımlanıb. Verilişlərdə ekspert qismində insan alveri ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq ekspert Nəzakət Balabəyova və hüquqşunas Ruslan Mustafazadə çıxış ediblər.
 
Qeyd edək ki, layihə çərçivəsində daha bir neçə tədbirin keçirilməsi və TV verilişlərin hazırlanması nəzərdə tutulub.