Şuranın dəstəyilə növbəti seminar Masallıda keçirilib

qhtxeber.az  “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Regionlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin özünüməşğulluq proqramına cəlb olunması üçün maarifləndirilmə işlərinin aparılması” layihəsinin icrasını davam etdirir. 
 
Layihə çərçivəsində növbəti maarifləndirici seminar Masallı rayonunda yaşayan mina qurbanları və digər müharibə əlilləri üçün təşkil olunub. 
 
Seminarda açılış çıxışı edən layihə rəhbəri Hafiz Səfixanov bildirib ki, bu layihədə məqsəd mina qurbanlarını və digər müharibə əlillərini özünüməşğulluq proqramına cəlb edərək onların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə nail olmaqdan ibarətdir.
 
 
Masallı rayonunda yaşayan mina qurbanları və digər müharibə əlillərinə Əfqanıstan və Qarabağ müharibələri zamanı mina qurbanı olmuş təlimçi tərəfindən kiçik biznesin praktiki əsaslarına dair, Qarabağ müharibəsində mina qurbanı olmuş hüquqşünas tərəfindən özünüməşğulluq proqramına cəlb olunmaları üçün hüquqi məlumatlar verilib.
 
Tədbir iştirakşılarına Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın dünyadakı mina qurbanlarına tövsiyə etdiyi “101 çox yaxşı ideya” məlumat vərəqi paylanıb.  
 
Seminarda "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Masallı rayon təşkilatının üzvləri bu tədbirin keçirilməsini yüksək qiymətləndiriblər, layihənin icrasına maliyyə yardımı ayırmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınına minnətdarlıq ediblər.