Şuranın dəstəyilə gənclər internetin faydaları haqqında maarifləniblər

qhtxeber.az  “Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi lə “Gənclər arasında "İnternetdən necə faydalanmalı?" mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi başa çatıb. 
 
Bakı şəhərinin Yasamal rayonunda keçirilən layihə yeniyetmə və gənclərin böyük marağına səbəb olub, internetin faydalı cəhətləri, həmçinin zərərli tərəfləri haqqında da onlara geniş məlumatlar verilib, ictimai müzakirələr keçirilib. 
 
Layihənin icrasında qarşıya qoyulan vəzifə gənclərə internetin imkanlarından daha səmərəli istifadə yollarını öyrətmək, google, youtube və s. bu kimi sosial servislərin imkanları barədə, eləcə də maraqlı təhsil yönümlü internet resursları haqqında məlumatlar vermək, eyni zamanda “təhlükəsiz internet sitifadəçisi” olmağa təşviq etmək olub. Layihə çərçivəsində keçirilən tədbirlər vasitəsilə gənclər internetin imkanlarını tədqiq etməyi, eləcə də təhlükəsilik qaydalarına riayət etməklə internetin törədə biləcəyi fəsadların qarşısını almağı öyrəniblər.