Tanınmış jurnalist:Tərəflər arasında müqavilənin imzalanması 30 saniyə ərzində baş tutdu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il dördüncü qrant müsabiqəsində qalib gələn təşkilatlarla Şuranın e-növbə sistemi ilə müqavilə bağlanması prosesi başlayıb. 
 
4-cü qrant müqaviləsində qalib gəlib, e-növbədən ilk istifadə edən təşkilatlardan biri də Jurnalist Ekspert Mərkəzidir. Təşkilatın sədri, tanınmış jurnalist Ceyhun Musaoğlu yararlandığı e-növbə proqramı haqda fikirlərini facebook hesabında yazıb
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il dördüncü qrant müsabiqəsində qalib gələn Jurnalist Ekspert Mərkəzinin "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrası ilə bağlı tərəflər arasında müqavilənin imzalanması 30 saniyə ərzində baş tutdu.
SƏLİS xidmətin E-növbə proqramı çərçivəsində proses çox rahat həyata keçdi. Elektron qaydada növbəya yazılmışdım, bir gün sonra dəqiq saatda - 16:00-da proses başladı. İmzalanma saniyələr ərzində gerçəkləşdi. Müsabiqənin ilk müqaviləsini imzalamağım da xoş hisslər yaşatdı. 
 
Bu qədər rahat şəraitin yaradılması insanı çox məmnun edir. Belə sistem yaratdığınıza, SƏLİS münasibətinizə görə minnətdarlığmı bildirirəm”.