Şurada e-idarəetmə proqramının təqdimatı keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası #SƏLİS-in e-idarəetmə proqramının təqdimatını keçirib. Bir neçə gün davam edən təqdimatda ümumilikdə 250-dən çox QHT-nin nümayəndəsi iştirak edib.
 
Şura Katibliyinin İcraçı direktoru Fərasət Qurbanov proqramın yaradılmasının məqsədi, funksionallığı və SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemi haqqında ətraflı məlumat verib. 
 
Tədbirdə e-idarəetmə proqramından istifadə qaydaları ətraflı izah olunub və QHT-lərin sualları cavablandırılıb.
#QHTŞurası