Şuranın dəstəyilə Beyləqanda uşaqların internetdən düzgün istifadəsi ilə bağlı tədbir keçirilib

qhtxeber.az  “ŞƏFA” Psixoloji-Sosial Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyilə “Cəbhəyanı bölgələrdə uşaqların internetdən düzgün istifadəsi ilə bağlı tədbirlərin təşkili” layihəsinin icrasını davam etditit.
 
Layihə çərçivəsində Beyləqan rayonu E. Nəsirov adına 5 saylı tam orta məktəbdə məktəblilərə “İKT-dən düzgün istifadənin uşaqların sosiallaşmasında rolu” mövzusunda təlim keçirilib. 
 
Təlimdə əvvəlcədən yaradılmış İKT qrupunun 12  üzvü, məktəbin informatika müəllimi A. Ağayeva və məktəbin psixoloqu İ. Qasımova iştirak ediblər. 
 
Təlim elektron formada qarşılıqlı müzakirə şəraitində  əyani təlim materialları təqdim olunmaqla keçirilib. 
 
Layihə rəhbəri Xəlil Süleymanov təlimi açaraq, layihənin donoru, məqsəd və vəzifələri haqqında iştirakçılara geniş məlumat verib. 
 
Təlimçi Nizami Musayev təlimin gündəliyinə uyğun olaraq iştirakçılara texnoloji alətlərdən doğru və yerində istifadənin faydaları və uşaqların sosiallaşmasında rolu barədə geniş məlumat verib. O, məktəbli Aqil Mirzəyevin məktəblilərin internetdə  davamlı olaraq bir gündə neçə saat istifadə edə biləcəyi barədə sualını cavablandırıb. Təlimçi bildirib ki, hər yarım saatdan bir hökmən fasilə edilməli və gün ərzində 1 saatdan çox istifadə olunmamalıdır. İnternetdən əsasən təhsillə bağlı məlumatlar əldə olunması üçün istifadə edilmənin məğul sayıldığı da iştirakçıların nəzərinə çatdırılıb.  
 
Fatimə Vəlizadənin təhsillə bağlı saytlara necə daxil olmaq barədə sualına cavab olaraq təlimçi bildirib ki, paylama materiallarının içərisində olan bukletlərdə təhsillə bağlı olan saytların linkləri vardır. Təlim məktəblilərin xüsusi marağına səbəb olub.