Öz adınıza kredit alıb başqa şəxsə borc vermisiniz və həmin şəxs o pulu qaytarmırsa, məsələ necə həll edilməlidir?

Vəkil bildirib ki, əgər borc verdiyiniz şəxs borcu aldıqdan sonra həmin məbləği ümumiyyətlə qaytarmaqdan imtina edirsə, belə vəziyyətdə söhbət cinayət əməli hesab edilən dələduzluqdan gedir: "Bu əməlin dələduzluq hesab edilməsi üçün, borc alan şəxsin borcu alarkən onu qaytarmamaq niyyətinin olmaması müəyyən edilməlidir. Yəni, şəxs borcu alarkən, onu ümumiyyətlə qaytarmaq niyyəti ilə olmayıb və etibardan sui-istifadə edib".
 
Onun sözlərinə görə, hər bir halda, bank dələduza qarşı deyil, bankdan kredit alan (müqaviləni imzalayan) şəxsi məhkəməyə verib borcu tələb edəcək: "Banka ödədiyiniz pulu həmin dələduzdan tələb edə bilərsiniz".
 
A. Abdullayev əlavə olaraq qeyd edib ki, dələduzluq cinayətləri ilə bağlı ərizəni, pulu dələduza verdiyiniz ərazinin polis idarəsinə vermək lazımdı: "Əgər borc verdiyiniz şəxs borcu imkansızlıq səbəbindən qaytara bilmirsə və ya polis onun əməllərində dələduzluq cinayətinin əməllərini aşkar etməyibsə, həmin şəxsə qarşı mülki qaydada iddia qaldırıb borcun qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edə bilərsiniz".