İsmayıllıda “Məişət tullantılarsız çevrəmiz” mövzusunda tədbir keçirilib - Şuranın dəstəyilə

qhtxeber.az  Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə ““Məişət tullantılarsız çevrəmiz” mövzusunda məktəblilərin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində İsmayıllı rayonu İvanovka kənd məktəbində tədbir keçirib. 
 
Tədbirdə İvanovka kənd məktəbin Azərbaycan və Rus bölmələrindən olan üçüncü, dördüncü və beşinci siniflərindən 25 şagird, məktəbin direktoru Palina Radayeva və məktəbin müəllimləri iştirak ediblər.
 
İctimai Birliyin sədri Sevil Yüzbaşeva tədbir zamanı məktəblilərə ətraf mühitin məişət tullantıları ilə ekoloji çirklənmələri barədə həm azərbaycan, həm də rus dillərində  məlumatlar verib. 
 
Sonra hazırlanan əyani vəsaitlərlə o, uşaqları tanış edərək, ekoloji posterlər barədə danışıb. Uşaqlar posterləri müşahidə edərək təsvir edilən ətraf mühitin vəziyyəti ilə bağlı sualları cavablandırıblar. 
 
Tədbirin ikinci hissəsində uşaqlara dəftərxana materialları paylanıb. Onlara məişət tullantılarsız çevrəmiz mövzusunda, ətraf mühitin vəziyyətini özündə əks etdirən və təbiətdə olan zaman necə hərəkət etməli olduqları barədə öz beyinlərinin məhsulu olan “ekoloji poster” hazırlamaq tapşırığı verilib. Uşaqlar olduqca həvəslə çalışaraq maraqlı posterlər hazırlayıblar. 
 
Sonda məktblilər hazırladıqları posterləri təqdim edərək ideya və məqsədləri barədə izahatlar veriblər.