Milli qəhrəmanlar haqqında veb resurs yaradılacaq - Şuranın dəstəyilə

qhtxeber.az  Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Milli qəhrəmanlar haqqında veb resursun yaradılması" layihəsinin icrasına başlayıb. 
 
Layihə heyəti Milli qəhrəmanlarla bağlı materialların araşdırılması və toplanması məqsədi ilə Ağdam rayonuna səfər edib. Səfərdə layihə rəhbəri Elşən Nağıyev və layihə iştirakçıları Xali Kazımov və Elçin Raquboğlu iştirak ediblər.
 
 
Səfər çərçivəsində Ağdam rayon Mərkəzi kitabxanası,  Quzanlı 2 saylı kitabxana, “Ağdam” qəzetinin redaksiyası və Qarabağ əlilləri, veteranları və şəhid ailələri təşkilatının Ağdam rayon şöbəsində görüşlər keçrilib və Milli qəhrəmanlarla bağlı məlumatlar əldə edilib. 
 
Keçmiş döyüşçü Qarabaş qazisi, Qarabağ əlilləri, veteranları və şəhid ailələri təşkilatının Ağdam rayon şöbəsinin sədri Baxşeyiş Abbasoğlu ilə görüş olub. Görüşdə Baxşeyiş Abbasoğlu layihənin əhəmiyyətini qeyd edib və rayonun Milli qəhrəmanları haqqında danışıb, bu qəhrəmanların  bir çoxunu şəxsən tanıdığını bildirərək Milli qəhrəmanlar haqqında yazdığı “Ölərkən dünyaya gələn oğullar” adlı kitabını Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyinin nümayəndələrinə təqdim edib.
 
 
“Ağdam” qəzetinin redaksiyasınada məsul katib Əli Məmmədovla görüş keçirilib. Ə. Məmmədov qəzetdə mütəmadi olaraq Milli qəhrəmanlar haqqında yazılar dərc edildiyini bildirib və  onlar haqqında İctimai Birliyin üzvləri ilə bölüşüb.