Şuranın dəstyəyilə məktəblilər üçün Gəncədə muzey dərsləri təşkil edilib

qhtxeber.az  Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Məktəblilər üçün muzey dərslərinin təşkili” layihəsi çərçivəsində sonuncu tədbirini keçirib. 
 
Səfər çərçivəsində Gəncə şəhəri muzeylərindəTovuz rayonu Aşağı Quşçu kəndində olan üç məktəbin çagirdlərindən ibarət 34 nəfərlik qrup üçün muzey dərsləri təşkil edilib. Səfərdə valideyinlər və müəllimlər də iştirak ediblər. Səfərdən əvvəl uşaqlara layihə çərçivəsində hazırlanmış xüsusi geyimlər paylanılıb. 
 
Səfər Gəncə şəhərində yerləşən muzeylərin və tarıxi məkanların ziyarəti ilə başlayıb. İlk olaraq Gəncə Şəhidlər Xiyabanı ziyarət edilib. Məktəbli Sakit Bayramov Xatirə  Komleksi üzərinə çiçəklər düzüb, sonra Xocalı şerini səsləndirib.  Şəhidlərin ruhuna dua və sayğı duruşundan sonra səfər iştirakçıları Dövlət Himnini səsləndirdiriblər. Layihə rəhbəri və ekspert uşaqlara Şəhidlərimizlə bağlı məlumatlar veriblər. Şagirdlər vətənpərvərlik mövzusunda şerlər söyləyiblər.
 
Növbəti səfər Gəncə Tarıx və Diyarşünaslıq muzeyinə olub.  Muzeyin bələdçiləri Mehriban Alıyeva, Türkan Həsənova  Gəncənin bünövrəsinin qoyulduğu zamandan bu günümüzə qədər tarixi, mədəniyyətiylə bağlı muzeydəki zəngin eksponatlara istinadən ətraflı məlumat veriblər.  Bələdçiər uşaqların suallarını geniş, izahla cavablandırıblar. 
 
Səfər Cavad xan türbəsinə ziyarətlə davam edib. Sonra uşaqlar Gəncənin mərkəzi meydanlarından birində yerləşən  Zaqafqaziyanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyini də ziyarət ediblər. 
 
Məktəblilərin səfəri ulu öndər H. Əliyevin abidəsini ziyarətlə və H. Əliyev Mərkəzi ilə tanışlıqla bitib. Abidənin ziyarətindən sonra Mərkəzin direktoru Sevinc Əhmədova və Mərkəzin kitabxana müdiri Lyudmila Axundova eksponatlarla bağlı izahlı məlumatlar veriblər.